Yermak F-16 təyyarələrinə görə Ceyk Sallivana təşəkkür edib


Yermak: "Biz döyüşçülərin koalisiyası, prezident Zelenskinin sülh formulundan danışdıq"
Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak Yaponiyada ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüb və ölkəyə F-16 qırıcılarının verilməsinə verdiyi dəstəyə görə təşəkkür edib.
AYNA-nın xəbərinə görə, bu barədə Yermak özünün "Telegram" kanalında bildirib.
“Biz döyüşçülərin koalisiyası, prezident Zelenskinin sülh formulundan danışdıq. Mən Ceykə Ukraynaya F-16-ların verilməsini dəstəklədiyinə, eləcə də Ukraynaya yardımda göstərdiyi operativliyə və səmimiyyətinə görə təşəkkür etdim”, - deyə Yermak bildirib.
Siyasətçinin sözlərinə görə, uzun müddətdir ki, o və Sallivan Ukraynanın müdafiə qabiliyyəti sahəsində çox sayda mühüm məsələləri həll ediblər.
Tarix: 21-05-2023, 11:03
Xəbəri paylaş





Xəbər lenti