"Azadlıq virusu" heç də məhv edilməyib, yüzminlər azadlıq uğrunda və müharibə əleyhinə çıxmaqdan çəkinmir..."


"SSRİ və Putin Rusiyasının oxşarlığı, quruluşunun riyakarlığı, onların varisliyi  iflasın qaçılmaz olduğuna zəmanət verir..."
 "Həbsdə olanların bir çoxu Sizin tarixçənizdən və irsinizdən güc alır, onlardan biri də mənəm..."
 
Müasir Rusiyanın ən məşhur siyasi məhbusu Natan Şaranskiyə məktub yazıb
 
Müasir Rusiyanın ən məşhur siyasi məhbusu Aleksey Navalnı SSRİ-də ictimai fəaliyyətinə görə həbs cəzasına məhkum edilmiş Natan Şaranskiyə məktub yazıb.
 
Moderator.az xəbər verir ki, məktub Nyu-Yorkda yaşayan rejissor Aleksandr Moloçnikov tərəfindən sosial şəbəkələrdə dərc edilib. Məlumatı "mk.ru" nəşri yayıb.
 
Məktubunun əvvəlində Navalnı "müdaxilə və yad adamdan məktuba" görə üzrxahlıq edir. O, izah edib ki, Şaranskininin "Şərdən qorxmuram" kitabını oxuduqdan sonra ona məktub yazmaq qərarına gəlib. "Belə bir şeyə, gərək ki, "müəllif-oxucu" münasibətlərində imkan verilir", - məhbus güman edir.
 
Navalnı özünün və antisovet dissidentinin həbsi arasında çoxsaylı paralellər aparır. Hər ikisi Vladimir vilayətində cəza çəkib. Həbsxana işçilərinin metodları da dəyişməyib:
 
"Kitabın "Məni dəfələrlə 15 sutkalıq istintaq təcridxanasına salandan sonra 6 ay müddətinə kamera tipli otağa göndərdilər" hissəsini oxuyanda məni gülmək tutub, sistemin nə mahiyyəti, nə onun hərəkətlər şablonu qətiyyən dəyişməyib", - müxalifətçi 128 gün cəza çəkdiyi istintaq təcridxanasından yazır.
 
Həbsə atılanları xarici aləmdən təcrid etmək istəyi də dəyişməyib. Navalnı Şaranskinin həyat yoldaşı Avital tərəfindən göndərilən şifrəli açıqcanı xatırladır.
 
"Sonra məhkəməyə gedirəm, orada mənə sübut edilir ki, mənə göndərilən məktubların yandırılması qanunidir. Axı, bu məktublarda "şifrlər" olub", - müxalifətçi bölüşüb.
 
Aleksey Navalnı "Şərdən qorxmuram" kitabının müəllifinə ona "kömək etdiyinə və gələcəkdə kömək edəcəyinə" görə minnətdarlıq edir.
 
"Bəli, mən istintaq təcridxanasındayam, lakin Sizin karserdə aşağı qıdalanma normasında olduğunuz 400 gününüz haqqında oxuyarkən anlayırsan ki, öz əqidəsinə görə daha böyük bədəl ödəyən insanlar var", - siyasi məhbus qeyd edir.
 
Lakin Şaranskininin kitabında ən başlıcası odur ki, o, ümid verir, "çünki iki sistemin-SSRİ və Putin Rusiyasının oxşarlığı, onların quruluş kimi riyakarlığı, onların varisliyi eyni dərəcədə qaçılmaz iflasa zəmanət verir".
 
Həbsdə olan müxalifətçi tezliklə Rusiyanın dövlət idarəçiliyinin parçalanmasının qaçılmaz fakt olacağı barədə mülahizə yürüdür. Navalnı qeyd edir ki, başlıcası bu vəziyyətdən nəticə çıxarmaq lazımdır ki, tarix yenidən təkrarlanmasın.
 
"1991-ci il nəşrinin müqəddiməsində Siz yazırsınız ki, dissidentlər həbsxanada "azadlıq virusunu" qoruyub saxlayıb, DTK-ya ona qarşı peyvənd kəşf etməsinə imkan verməmək vacibdir. Heyhat, onlar bunu kəşf edib", - Navalnı təəssüfünü ifadə edib.
 
Buna baxmayaraq, o, çox nikbindir. "Bununla yanaşı, "azadlıq virusu" heç də məhv edilməyib. O zaman olduğu kimi, onlarla və yüzlərlə deyil, onminlərlə və yüzminlərlə insan, təhdidlərə rəğmən, azadlıq uğrunda, müharibə əleyhinə çıxmaqdan çəkinmir. 
 
Onlardan yüzlərləsi həbssədir və əminəm ki, onlar sınmayacaq və təslim olmayacaq. Və onların bir çoxu Sizin tarixçəniz və Sizin irsinizdən güc alır. Mən də onlardan biriyəm. Çox sağ olun", - Aleksey Navalnı Şaranskiyə minnətdarlıq edir.
 
Natan Şaranski keçmiş dissident, Sovet İttifaqında yəhudi hərəkatının fəalı olub, 13 il müddətində ciddi rejimli koloniyada cəzaya məhkum edilib. 
 
Ümumilikdə, doqquz il həbsdə olub, onun təxminən yarısını təkadamlıq kamerada və Navalnının təsvir etdiyi istintaq təcridxanasında keçirib.
 
1986-cı ildə İsrailə köçüb. Yəhudi dövlətində Şaranski istimai fəaliyyət və siyasətlə məşğul olub. Knessetə seçilib, inşaat, sənaye və ticarət, daxili işlər, Qüds üzrə nazirliklərə başçılıq edib. Həmçinin baş nazirin müavini olub, Soxnuta rəhbərlik edib.


Tarix: 27-05-2023, 22:53
Xəbəri paylaş





Xəbər lenti