Ukrayna Rusiya ilə sərhəddəki qəsəbəni vurdu: 2 ölü, 2 yaralı

Ukrayna Rusiya ilə sərhəddəki qəsəbəni vurdu: 2 ölü, 2 yaralı

Rusiya tərəfindən verilən açıqlamada Ukrayna ordusunun Rusiya ilə sərhəd rayonlarını hədəfə aldığı bildirilib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna sərhədində Maslova Pristan zolağında magistral yola düşən sursat parçalarının hərəkətdə olan avtomobilə dəyməsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qladkov həmçinin gecə hücumları səbəbindən Şebekino şəhərində 2500-dən çox insanın təxliyə edildiyini bildirib.
Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da Ukraynanın bölgəyə hücumu nəticəsində 4 evin zərər gördüyünü açıqlayıb. Kursk və Smolensk bölgələrində pilotsuz təyyarənin hücumu nəticəsində bəzi binaların zərər gördüyü öyrənilib.
Ukrayna sərhəd bölgəsinə edilən hücumlarla bağlı açıqlama verməsə də, gecə ərzində Rusiyaya məxsus 15 qanadlı raket və 21 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Tarix: 2-06-2023, 22:17
Xəbəri paylaş





Xəbər lenti