Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Məhdudiyyətlərin tətbiq edilməsinin səbəbləri göstərilməyib
Ukraynanın Kiyev şəhərində səfərdə olan Kanadanın Baş naziri Castin Trüdo Rusiyanın 24 vətəndaşı və 17 müəssisəsinə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb.
AYNA xəbər verir ki, bu barədə Kanadanın “CTV” telekanalı məlumat yayıb.
Telekanal siyahı təqdim etməyib. Məhdudiyyətlərin tətbiq edilməsinin səbəbləri də göstərilmir.
İyunun 10-da Kanadanın baş naziri Castin Trüdonun Kiyevə elan olunmamış səfərlə gəldiyi məlum olub. Trüdo Ukraynaya Baş nazirin müavini Kristiya Frilandla birlikdə gəlib.
Tarix: 11-06-2023, 08:35
Xəbəri paylaş





Xəbər lenti