NATO-nun 250 qırıcısı, V nəsil F-35-lər Avropa səmasında


Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasında NATO dövlətlərinin Hərbi Hava Qüvvələrinin irimiqyaslı təlimləri başlanıb. “Hava müdafiəsi” (“Air Defender”) adlanan təlimlər 12-23 iyun tarixlərində davam edəcək. Təlimlərə arasında ABŞ-ın beşinci nəsil F-35 qırıcıları da daxil olmaqla, 250 təyyarə, 25 ölkədə 10 min hərbçi cəlb edilib. Hərbçilər PUA və qanadlı raket zərbələrinin hücumlarını dəf etmək üzərində işləyəcəklər.
Təlimlər geniş ərazini əhatə edəcək. Almaniyanın cənubunda, şimalında və şərqində tapşırıqlar yerinə yetiriləcək.
SİAM.AZ
Tarix: 12-06-2023, 13:57
Xəbəri paylaş





Xəbər lenti