"Sanki dünyanın sonudur" : Rusiyada rəhbər şəxlər tədbirlərə qatılmır, qadağan edilmiş maddələrdən istifadə edir...


"Rusiyada vitse-qubernator və ondan yuxarı ortastatistik məmur spirtli içki qəbul edir..."

"Son zamanlar qubernator lap ağını çıxarıb, gün ya onun axtarışı, ya da zənglərlə yuxudan oyadılması ilə başlayır..."
 
Ukraynaya hərbi müdaxilədən sonra rusiyalı məmurlar və hakimiyyətə yaxın biznesmenlər alkoqoldan istifadəni xeyli artırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Vyortska" nəşri yazıb.
 
Kremlə yaxın mənbələrə istinadən məqalədə deyilir ki, vitse-qubernator və ondan yuxarı ortastatistik məmur spirtli içki qəbul edir. Həmsöhbətlər onu nəzərdə tutur ki, müharibənin başlanmasından ötən təxminən ilyarım ərzində bu kontingent "daha çox içməyə başlayıb".
"Quberbatorlar müşavirələrə gəlmir, qadağan edilmiş maddələr qəbul edir. Onlar müşavirələri pozur, tədbirlərə içkili gəlir. Moskvadan olan qonaqlar regionlarda əvvəllər içkidən iyrənib, amma indi sanki sonunu dəfə içirlər", - məqalədə deyilir.
"Gəlin, belə deyək: Prezident Administrasiyasında əvvəllər hər kəs gününə araq stəkanı ilə başlamayıb. İndi isə mənim belələrinin xeyli çox olduğundan məlumatım var, bəzilərində stəkan bir şüşəyə çevrilib", - ikinci mənbə deyib.
Məqalədə həmsöhbətə istinadən Mərkəzi federal dairədə regionlarından birinin rəhbərinin tipik günü barədə müfəssəl məlumat verilib. Mənbə dəqiqləşdirib ki, qubernator əvvəllər də "bir qədəh arağı" əldən vermək qədər ağılsız olmayıb, özü də o qədər "ağılsız" olmayıb ki, alkoqola ifrat aludə olduğundan bir neçə dəfə Putinin Federal Məclisə müraciətini buraxmalı olub.
Son zamanlar siyasətçi lap ağını çıxarıb: "Gün ya onun axtarışı, ya da zənglərlə yuxudan oyadılması ilə başlayır. Hətta axtarış üçün xüsusi ayrılan adam da var". Bundan sonra şərait tələb edərsə, məmur "iş yerinə çatdırılır".
Qubernator "yalnız konyakdan" xumarlanır, müşavirələrdə günortayadək "qar adamı kimi" iştirak edir, mənbə açıqlayıb.
"Daha sonra nahar olur, "anlayırsınız ki, yüz qramsız keçinilmir". Bu məqamdan sonra o, adətən, şəhər restoranına və ya gecəyədək hamama gedir", - məqalədə mənbədən iqtibas gətirilir.
Onun sözlərinə görə, qubernator sərxoş vəziyyətdə həmişə qələbə haqqında sovet mahnılarını, "Lyube" qrupunu və "müxtəlif oğru mahnılarını dinləyir.
Əgər regionda Moskvadan qonaqlar gözlənilirsə, qubernatora xüsusi bərpaedici prosedurlar, soyuq vannalar təyin edilir və sistemlər vurulur.
"O, həmişə içib, amma bu qədər olmayıb", - qubernatorun davranışını başqa bir həmsöhbət belə şərh edib və bunu "xəbərlərdən qaynaqlanan əsəblə, Kremlin və yerli elitaların təzyiqilə" əlaqələndirib.
Məqalədə Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin sərxoşluğu haqqında şayiələrə ayrıca yer ayrılıb. Nəşrin həmsöhbətlərinin bir çoxlarının Medvedevin içki qəbul edib-etməməsi ilə bağlı suala müsbət cavab verdiklərinə rəğmən, bununla bağlı dəqiq məlumat yoxdur", - məqalədə deyilir.
Nəşrin iki həmsöhbəti hesab edir ki, Medvedev sosial şəbəkələrdə müstəqil postlar yazır və bunu çox vaxt alkoqol sərxoşluğu vəziyyətində edir.
"Yuxarılarda" içilən alkoqolun miqdarının artmasının daha bir əlaməti məqalədə Kremlə yaxın polittexnoloqun sözləri olub. O, bəyan edib ki, yaxın zamanlardan qəbullar və banketlərdə içilən alkoqolun norması bir nəfərə bir yarım-iki şüşə təşkil edir, hərçənd, əvvəllər bir şüşə norma sayılıb.
Tarix: 16-06-2023, 22:53
Xəbəri paylaş





Xəbər lenti