Rusiya Kiyevə raket zərbələri endirib - “Kinjal” və “Kalibr” raketləri ilə


Rusiya “Kinjal” və “Kalibr” raketləri ilə Kiyevə hücum edib.
“AzPolitika.info” xəbər verir ki, bunu Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib.
“Rusiya ordusu hipersonik “Kinjal” və uzaq mənzilli yüksək dəqiqlikli “Kalibr” raketləri ilə paytaxt Kiyevə hücum edib. Kiyev ətrafındakı hava məkanında Rusiyanın 6 “Kinjal” və 6 “Kalibr” raketi, həmçinin 2 kəşfiyyat PUA-sı məhv edilib.
Popko hücum zamanı insan itkisi və dağıntının olmadığını qeyd edib.
Tarix: 16-06-2023, 22:56
Xəbəri paylaş





Xəbər lenti