Ukrayna ordusunun AZADLIQ YÜRÜŞÜ davam edir

Ukrayna ordusunun AZADLIQ YÜRÜŞÜ
İki həftə ərzində Ukrayna müdafiə qüvvələri Berdyansk və Melitopol istiqamətlərində 8 yaşayış məntəqəsini azad ediblər.

SİAM.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

Onun sözlərinə görə, ötən həftə Ukrayna qoşunları həm hücumda, həm də müdafiədə olub. Ruslar şərqdə Ukrayna qüvvələrinin Baxmut istiqamətində irəliləyişini dayandırmaq üçün çox səy göstəriblər. Malyar qeyd edib ki, ötən həftə bu istiqamətdə döyüşlərin ümumi intensivliyi azalsa da, toqquşma davam edib, Ukrayna qoşunları bir neçə rayonda dərinliyə doğru irəliləyib.

“Keçən həftə düşmən Liman-Kupyan, Avdiv və Marin istiqamətlərində irəliləyişini davam etdirib. Bu istiqamətlərdə döyüşçülərimizin peşəkarlığı və cəsarəti sayəsində bir metr belə torpaq itirmədik”, - müdafiə nazirinin müavini vurğulayıb.

Malyar bildirib ki, ötən həftə ərzində cənubda bir neçə istiqamətdə hücum olub:

“Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik hücum əməliyyatları nəticəsində 8 yaşayış məntəqəsi azad olunub: Novodarivka, Levadne, Storojeve, Makarivka, Blaqodatne, Lobkovo, Neskuçne, Pyatixatki. Tavriya istiqamətində 7 kilometrə qədər dərinliyə doğru irəliləmişik. Cənubda azad edilmiş ərazi 113 kvadrat kilometrdir. Tavriya istiqamətində Müdafiə Qüvvələrinin aktiv işi davam edir”.

Onun sözlərinə görə, son bir həftə ərzində rus ordusu xeyli itki verib.
Tarix: 19-06-2023, 11:57
Xəbəri paylaş





Xəbər lenti