Putin: “Rusiya nüvə triadasını inkişaf etdirməyə davam edəcək”


“Rusiya nüvə triadasını inkişaf etdirməyə davam edəcək”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Kremldə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Federal Mühafizə Xidməti, Milli Qvardiya Qoşunlarının Federal Xidməti, Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi, Federal Penitensiar Xidmətin ali məktəblərinin və akademiyalarının ən yaxşı məzunları ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, nüvə silahı ölkənin hərbi təhlükəsizliyinin təminatçısıdır və dünyada qüvvələr balansını saxlamağa imkan verir.
“Rusiya nüvə triadasının silahlanması strateji çəkindirməni effektiv və etibarlı şəkildə təmin etməyə və qlobal güc balansını qorumağa imkan verir”, - deyə Putin bildirib.
Mənbə: News.ru

Tarix: 22-06-2023, 09:31
Xəbəri paylaş





Xəbər lenti