Tayvan 29 Çin hərbi təyyarəsinin adaya yaxınlaşdığını bildirir


Tayvan 29 Çin hərbi təyyarəsinin adaya yaxınlaşdığını bildirirTayvan, Foto: GettyImages

Son sutka ərzində Tayvan hərbçiləri ada yaxınlığında hava və dəniz məkanında Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) 29 təyyarəsi və 10 gəmisinin hərəkəti aşkarlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, iki "J-11" döyüş təyyarəsi sektorun cənub-qərbində Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub və bir "Y-8" sualtı qayıq əleyhinə təyyarə də Tayvan boğazının cənub sahəsində orta xətti keçib.
Bundan əlavə, adanın şərq sahili yaxınlığında "Z-9" sualtı qayıq əleyhinə helikopter qeydə alınıb.
Adanın silahlı qüvvələri buna cavab olaraq döyüş təyyarələrini qaldırıb və hədəfləri izləmək üçün zenit-raket sistemlərini yerləşdirib.
Qeyd edək ki, 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin vətəndaş müharibəsində məğlub olaraq adaya qaçdıqdan sonra Tayvan öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri Tayvan kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. Rəsmi Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.
Tarix: 22-06-2023, 10:01
Xəbəri paylaş





Xəbər lenti