Priqojinin “Qazel”ində onlarla qutularla nağd pul tapılıb - Cavab verdi

Priqojinin “Qazel”ində onlarla qutularla nağd pul tapılıb
Sankt-Peterburqda “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin ofisi olduğu güman edilən “Trezzini” otelinin yaxınlığında axtarış zamanı park edilmiş “Qazel”də qutularla pul aşkar edilib.
SİAM.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.
Bildirilir ki, avtomobilin içində 60x40 santimetr ölçüdə içərisində pul olan onlarla karton qutu aşkar edilib. Saytın məlumatına görə, ümumi məbləğ dörd milyard rubl təşkil edib (80 876 049 manat).
Yevgeni Priqojin bildirib ki, bu pullar muzdlulara və onların ailələrinə pul ödəmək üçün nəzərdə tutulub:
“Axtarışlar zamanı içərisində pul olan “Qazel” tapılıb. Məndə tək bir “Qazel” deyil. Mənim bir “Qazel” və iki avtobus aşkar edilib”.
Priqojin izah edibki, “Vaqner” PMC artıq on ildir mövcuddur və bütün bu illər ərzində şirkət yalnız nağd puldan istifadə edib.

Priqojinin “Qazel”ində onlarla qutularla nağd pul tapılıb

Tarix: 24-06-2023, 22:20
Xəbəri paylaş





Xəbər lenti