Priqojin onun “Vaqner”in hərəkətini dayandırmaq təklifini qəbul etdi


Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.
Lukaşenkonun gərginliyi azaltmaq üçün addım atmaq təklifini də Priqojin müsbət qarşılayıb.
Həmçinin, bildirilib ki, Lukaşenko Rusiya Prezidentinin razılığı ilə Priqojinlə danışıqlar aparıb.
Tarix: 24-06-2023, 22:21
Xəbəri paylaş





Xəbər lenti