Ukrayna ordusunun müqaviməti sərt oldu - Rusların hücumu dayandırıldı


Rusiya qüvvələri əsas səylərini gün ərzində 29 toqquşmanın baş verdiyi Liman, Avdiv və Marin istiqamətlərinə yönəldib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rus ordusunun Liman istiqamətindəki son hücum əməliyyatı uğursuz olub. Bu yöndə Beloqorivkaya aviazərbələr endirilib. Avdiv istiqamətində isə eyniadlı şəhərə və Severnı rayonlarına hücum olsa da, Ukrayna ordusu bütün həmlələri dayandırıb.
Ruslar Marin şəhərində irəliləməyə cəhd göstərsə də, bu səyləri uğursuz alınıb.
Rusiya qoşunları Baxmut istiqamətində İvanovo rayonunda uğursuz hücum əməliyyatı keçirib.
Şaxtyorda Preçistivka, Zolota Niva, Makarivka, Katerinivka, Boqoyavlenka, Novomixaylivka, Blaqodatne, Uqledar, Preçistovka, Zolota Niva və digər yaşayış məntəqələri atəşə tutulub.
Baş Qərargahın məlumatına görə, ruslar Kupyansk istiqamətində Berestovoya hücum etsə də, uğur qazana bilməyiblər.
Rusiya qoşunları Zaporoje və Xerson istiqamətlərində Ukrayna ordusunun irəliləməsinin qarşısını almağa yönəlmiş müdafiəni davam etdirirlər.
Bundan başqa, Ukrayna aviasiyası Rusiyanın şəxsi heyətinin cəmləşdiyi ərazilərə 18 zərbə endirib. Aviasiya rusların 1 zenit-raket kompleksini və 6 kəşfiyyat PUA-sını məhv edib.
Ukraynanın raket qoşunları və artilleriya bölmələri Rusiyanın 1 “Strela” zenit-raket kompleksini, şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 3 ərazini, atəş mövqelərindəki 12 artilleriya sistemini və 2 radielektron stansiyasını vurub.
Tarix: 25-06-2023, 11:35
Xəbəri paylaş





Xəbər lenti