Təzyiq nəticəsində partlayan və 5 nəfərin həyatını itirdiyi “Titan”ın qalıqları tapıldı


“Titanik”in qalıqları altına enərkən yoxa çıxan “Titan” sualtı gəmisinin qalıqları tapılıb.

Tribunainfo.az xəbər verir ki, təzyiq nəticəsində partlayan və içərisində 5 nəfərin həyatını itirdiyi sualtı qayıqla bağlı səhlənkarlıq iddiaları gündəmdədir.
Kanada hadisə ilə bağlı araşdırmalara başlayıb.

TRT Haber-in məlumatına görə, gəminin parçaları “Titanik”in qalıqlarından 488 metr aralıda, səthin 4 kilometr dərinliyində tapılıb.

“Titan” sualtı qayığının əsas dəstək gəmisi fəlakətdən sonra Kanada limanına qayıdıb.

“Titan”ın fəaliyyət göstərdiyi açıq dənizlərdə beynəlxalq sulara nəzarət edən heç bir qayda yoxdur.

ABŞ Sahil Mühafizəsi Titanın partladığını elan edərək, tətbiq olunan qaydalar və standartlarla bağlı sualların gələcək araşdırmanın diqqət mərkəzində olacağını bildirib.

Qeyd edək ki, 2018-ci ildə ilk suya baş vuran American OceanGate Expeditions-ın sualtı qayığı 2021-ci ildə “Titanik”in batdığı yerə enib, lakin onun mühafizə sertifikatının olmadığı məlum olub.

Tarix: 25-06-2023, 22:29
Xəbəri paylaş





Xəbər lenti