Dayanan Priqojin üsyanı və ya “Vaqner” niyə geri çəkildi?

Rusiyada vətəndaş müharibəsi üçün ilkin şərtlər aradan qalxmayıb
“Vaqner” hərbi şirkətinin lideri Yevgeni Priqojin Belarus diktatoru Aleksandr Lukaşenko ilə danışıqlar zamanı onun “özəl ordusunun” kolonlarının Moskvaya doğru irəliləməsini dayandıracağına söz verib. Siyasət və iqtidar mübarizəsi elə bir film deyil ki, hansısa epizodda dayandırıla, geri çəkilə. Xüsusən də Rusiya kimi bir ölkənin indiki vəziyyətində. Məsələ daha da şişdi. Və “üsyanın ləğvindən” sonra daha da kəskinləşən bir çox məsələlər var.
Birincisi, özünə güvənən avtoritar liderin etməli olduğu kimi, Moskvanın müdafiəsinə cəsarətlə rəhbərlik etməyə hazır olan Putinin Kremlin fonunda videosu haradadır? Çox güman ki, o, rəsmi olaraq vəzifədə olmasına baxmayaraq, artıq hakimiyyəti həqiqətən də itirib.
İkincisi, FSB-də, orduda, Milli Qvardiyada, regional elitada “Vaqner”i dəstəkləyənlərlə nə etmək lazımdır? Görünür ki, onların sayı yüz minlərlədir. Cəzalandırmağa başlayacaq? Bu, tammiqyaslı toqquşmaya səbəb olacaq. Cəzalandırmağı dayandıracaq? Yox, çünki sonra yenə xəyanət edəcəklər və rejimi qorumaq üçün çox iş görməyəcəklər.
Xəyanət etməyənlər indi özlərini necə aparacaqlar? Onlar daha çox vəzifə və səlahiyyətlər tələb edəcəklər, xəyanət edənlərin cəzalandırılmasını tələb edəcəklər.
Dördüncüsü, Priqojin və "Vaqner" Moskvaya girmədi, amma göstərdilər ki, istədikləri hər şeyi edə bilərlər - Putinin onları “üsyançı” adlandırmasına baxmayaraq. Deməli, elə şey ola bilməz ki, “xəyanətkarlar” cəzalandırılmasınlar. Ancaq cəzalandırmağa başlasanız, daha böyük problemlər meydana çıxacaq. Üstəlik, hamı Putin və elitanın məsələni necə tez ört-basdır etdiyini gördü. Yəni, növbəti sıçrayışın uğuruna inam yalnız artdı.
Beşincisi, vurulan helikopterlər və bu kimi şeylərə görə kim cavabdeh olacaq?
Altıncısı, Ukraynada Putin üçün canından keçənlər indi özünü necə hiss edir və “Vaqner”in sadəcə olaraq geri çəkilib cəbhədən getdiyini, amma bunun üçün heç nəyi olmadığını görənlər necədir?
Əslində bu, qaldırılan məsələlərin yalnız qısa siyahısıdır. Üstəlik, buna səbəb olan fundamental məsələlər də öz həllini tapmadı. Buna görə də, sakitcə demək olar ki, Rusiyada vətəndaş müharibəsi üçün ilkin şərtlər aradan qalxmayıb. Bu, sadəcə bir məşq idi.
Müəllif: Taras Zaqorodnı - Milli Antiböhran Qrupunun idarəedici partnyoru.
Mənbə: UNİAN
Tərcümə AYNA
Tarix: 26-06-2023, 23:16
Xəbəri paylaş





Xəbər lenti