ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunub
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Belə ki, Rusiya vətəndaşı Andrey İvanov və "Vaqner" Özəl Hərbi Şirkətinin yaradıcısı Yevgeni Priqojinlə əlaqəli olduğu iddia edilən dörd hüquqi şəxs "qara siyahı"ya salınıb.
Buraya Rusiyanın DM LLC şirkəti, "Midas Ressources" və "Diamville Sau" (hər ikisi Mərkəzi Afrika Respublikasından), "Industrial "Resources General Trading" (Birləşmiş Ərəb Əmirlikləri) daxildir.
Tarix: 28-06-2023, 08:49
Xəbəri paylaş





Xəbər lenti