“Rusiya çökərsə, hamımız ölərik” - Lukaşenko


“Rusiyada hadisələr cərəyan edərkən mən Belarus ordusuna döyüşə hazır vəziyyətə keçməyi tapşırdım. Ordu, Silahlı Qüvvələr, polis, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirildi”.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“İşin pis tərəfi ondadır ki, Rusiyada qarışıqlıq olsaydı, Qərb bundan istifadə edərdi. Məncə, Rusiya çökərsə, hamımız dağıntılar altında qalıb ölərik. Təkcə mən yox, vətəndaşlarımızın çoxu baş verənlərdən narahat oldu, çünki, vətənimiz birdir”, - Lukaşenko qeyd edib.
O həmçinin bildirib ki, Belarus problemin həllində iştirak edib: “Nə məndən, nə Putindən, nə də Priqojindən qəhrəman düzəltməyə ehtiyac yoxdur. Çünki, vəziyyətə nəzarət edə bilmədik, sonra düzələcəyini zənn etdik, amma olmadı. Nəticədə, cəbhədə iki şəxs qarşı-qarşıya gəldi. Bu məsələdə qəhrəman yoxdur”.
Tarix: 28-06-2023, 10:09
Xəbəri paylaş





Xəbər lenti