Rusiyanın Kaxovka SES-də törətdiyi terrorun zərərləri Gürcüstanda da üzə çıxdı...-FOTO

Rusiyanın Kaxovka SES-də törətdiyi terrorun zərərləri Gürcüstanda da üzə çıxdı...-FOTO
Rusiyanın Kaxovka su elektrik stansiyasında törətdiyi terror aktının nəticələri Gürcüstanın Abxaziya ərazisində də hiss edilib. Dəniz dalğası partlayış nəticəsində batan ev heyvanlarının cəsədlərini istirahət edən insanlarla dolub-daşan Suxumi sahillərinə gətirib çıxarıb.

Moderator.az xəbər verir ki, bu haqda "UNİAN" məlumat yayıb.
 
Hadisə yerindən video-görüntülər internetdə yerləşdirilib(//player.obozrevatel.com/video/files/videos/0/46/922/480p.mp4). Kadrlarda sürətli axının ev heyvanlarının cəsədlərini, eləcə də digər çoxlu tullantıları sahilə daşıdığı görünür.
 
"Ruslar tərəfindən Kaxovka su elektrik stansiyasının partladılması nəticəsində  ölmüş ev heyvanları Suxumidə sahilə çıxdı... Qara dəniz sahillərini fəlakət gözləyir", - deyə yerli ictimaiyyətdən biri sosial şəbəkədə yazıb.

Tarix: 30-06-2023, 09:05
Xəbəri paylaş





Xəbər lenti