Avropa İttifaqının 27 ölkəsi Rusiyaya təzyiqləri daha da artıracaq

Avropa İttifaqının 27 ölkəsi Rusiyaya təzyiqləri daha da artıracaq
Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri Rusiyaya təzyiqləri daha da artırmaq üçün tədbirləri müzakirə ediblər.
Bu barədə Aİ sammitinin bəyanatında deyilir.
Qeyd olunub ki, Avropa Şurası Rusiyanın təcavüzkar müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün ona qarşı təzyiqləri daha da artırmaq səylərini, o cümlədən sanksiyaların tətbiqi, onların tam, effektiv şəkildə həyata keçirilməsi və sanksiyalardan yayınmaların qarşısını almaq səylərini müzakirə edib.
“Bu kontekstdə Aİ liderləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qəbulunu alqışlayırlar. Avropa Şurası qanunvericiləri Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin pozulmasına görə cəzaların və cərimələrin tətbiqi üzrə təklif olunan direktivi mümkün qədər tez yekunlaşdırmağa çağırır”, - Aİ-nin bəyanatında vurğulanıb.
Tarix: 30-06-2023, 11:05
Xəbəri paylaş





Xəbər lenti