Ukraynada COVID-19 pandemiyası ilə bağlı karantin və fövqəladə vəziyyət rejimi ləğv edilib



Ukraynada koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq olunan karantin və fövqəladə vəziyyət rejimləri ləğv edilib.
“Report” xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal bildirib.

Qeyd edək ki, Ukraynada koronavirusa ilk yoluxma halı 2020-ci ilin martında qeydə alınıb. Həmin il martın 20-də ölkədə fövqəladə vəziyyət elan edilib.
İndiyədək Ukraynada 35 milyon peyvənd istifadə olunub.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 3 il ərzində dünyada 20 milyona yaxın insan bu virusun qurbanı olub.
Tarix: 1-07-2023, 11:38
Xəbəri paylaş





Xəbər lenti