MKİ rəhbəri Kiyevdə Rusiya ilə danışıqlar planlarını müzakirə edib

MKİ rəhbəri Kiyevdə Rusiya ilə danışıqlar planlarını müzakirə edibUilyam Börns

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns iyun ayında Ukraynaya qeyri-rəsmi səfəri zamanı Kiyevin 2023-cü ilin sonuna qədər əraziləri işğaldan azad etdikdən sonra və Moskva ilə danışıqlar aparmaq planlarını müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna rəsmiləri Börnsün “gizli səfəri” zamanı ona ərazilərin qaytarılması və “ilin sonunadək atəşkəs üçün Moskva ilə danışıqlara başlamaq”la bağlı “iddialı strategiya”dan danışıblar. "MKİ rəhbəri elan olunmamış səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski və Ukrayna kəşfiyyatının rəhbərliyi ilə görüşüb. Səfərin məqsədi Vaşinqton administrasiyasının Ukraynaya özünü müdafiə etməkdə kömək etmək üçün kəşfiyyat məlumatlarını bölüşməyə sadiqliyini bir daha təsdiqləmək olub", - deyə nəşr mənbəyə istinadən bildirib.
"Ukrayna hakimiyyəti Börnsə böyük inam bəslədiyini ifadə edib və onlar payıza qədər əhəmiyyətli bir ərazini qaytarmaq, artilleriya, raket sistemlərini Rusiyanın nəzarətində olan Krımın sərhəd xəttinə keçirmək, Ukraynanın şərqinə doğru irəliləmək, bundan sonra Moskva ilə danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər", - deyə nəşr yazır.
MKİ direktorunun səfəri Rusiyada dövlət çevrilişinə cəhddən əvvəl baş verib, onun mənbələri əlavə edib. Qəzetin vurğuladığı kimi, Ukraynanın bu qədər qısa müddətdə bu planlarını həyata keçirə bilib-bilməyəcəyi hələlik bəlli deyil. MKİ bu məlumatları "The Washington Post"a şərh etməkdən imtina edib.
Qəzet davam edərək yazır ki, Zelenski döyüş meydanında əhəmiyyətli uğur əldə etmədiyi üçün əks-hücum əməliyyatına başlamazdan əvvəl Kiyevə milyardlarla dollar yeni növ silah və təlim verən Qərb ölkələrinin müstəsna təzyiqi altındadır.
Məqalədə qeyd olunur ki, Ukrayna prezidenti və onun köməkçiləri “Kiyevin Rusiya və Ukrayna xalqı üçün məqbul şərtlərlə hərbi əməliyyatların dayandırılmasına necə nail ola biləcəyini” araşdırmağa başlayıblar.
“Kiyev öz qoşunlarını və ağır silahlarını Ukraynanın Krımla sərhədinə köçürməklə Rusiyadan təsir rıçaqları əldə etmək istəyir”, - deyə qəzet yazır.
Tarix: 1-07-2023, 23:17
Xəbəri paylaş





Xəbər lenti