“FTX VƏ MKİ ARASINDA GİZLİ DANIŞIQLAR BAŞLAYIB...” - “Rusiyadakı rejimin dəyişdirilməsi müzakirə olunur”



“Rusiya elitaları anlayırlar ki, bu baş verənlər Rusiya Federasiyasının çöküşünə aparır və bu, təkcə Putinin yox, şəxsən onların da məsuliyyətidir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Xarici Əks-kəşfiyyat Xidmətinin sabiq başçısı, general Nikolay Malomuj bildirib.
General deyib ki, son hadisələr Putin hakimiyyətinin hansı dərəcədə zəiflədiyini və çürüdüyünü göstərir.Bundan çıxış edən Rusiya elitaları isə öz gələcəklərini sığortalamaq üçün Qərblə gizli danışıqlara gedirlər.
Malomujun dediyinə görə, həmin danışıqlar əsasən Rusiya FTX-sı ilə ABŞ MKİ-si arasında aparılır: “Hələ müharibənin əvvəlində Rusiyada bir çox tanınmış siyasətçilər və FTX generalları müharibənin əleyhinə idilər. Ancaq bunu ifadə edə bilmirdilər, çünki Putin öz “silahdaşları”nın kənarlaşdırılması ilə bağlı sərt qərarlar verirdi. Ona görə də həmin vaxt heç kim risk etmək istəmirdi. İndi isə hakimiyyət zəifləyir və FTX ilə MKİ arasında hakim rejimin dəyişdirilməsilə bağlı gizlin danışıqlar üçün dəqiq şərait yaranıb”.
General bildirib ki, danışıqlarda Rusiya elitalarının məqsədi müharibədən və Putin hakimiyyətinin dəyişməsindən sonra öz gələcklərini sığortalamaqdır: “Onlar hazırda ABŞ-ın və digər üçüncü ölkələrin xüsusi xidmətləri ilə Putin hakimiyyətinin daha da zəiflədilməsi istiqamətində işləməyə başlayırlar. Onlar həmçinin, Qərbin Rusiyada müharibəni bitirəcək daha demokratik yeni rejim formalaşdırması işinə də kömək edəcəklər. Qərbin arqumenti isə ən çox qorxduğu nüvə potensialına nəzarəti götürməkdir”.
General bildirib ki, bu prosesin sürətlənməsində Ukraynanın cəbhədəki uğurları həlledici rol oynayacaq.
Tarix: 3-07-2023, 22:40
Xəbəri paylaş





Xəbər lenti