Krım yolunda 14 kilometrlik tıxac - Körpüdə bütün maşınlar və insalar ciddi şəkildə yoxlanılır


“Yandex.Maps”-ın məlumatına görə, Rusiyadan işğalda olan Krıma doğru yolda tıxacın uzunluğu 13 kilometri keçib.
“Kommersant” qəzeti yazır ki, səbəblər arasında turist axını və Krım körpüsü partladılandan sonra avtomobillərin ümumi baxışdan keçirilməsi var.
Krasnodar diyarının operativ qərargahı sürücülərə "yoldakı vəziyyətini nəzərə almaq və yoxlamalardan keçmək üçün vaxt ayırmaq" tələbi ilə müraciət edib.
May ayında Krım körpüsünün hər iki tərəfində 35 nəzarət-buraxılış məntəqəsi var idi. Krımın Nəqliyyat Nazirliyinin rəhbəri Nikolay Lukaşenko bildirib ki, iyulun 2-də Krım məntəqələrindən şəxsi heyətin bir hissəsi Krasnodara göndərilib.


“Kommersant” yazır ki, hazırda Krım körpüsünə daxil olan avtomobillərin 100%-i yoxlanılır. Avtobuslar, mikroavtobuslar və böyük baqajı olan avtomobillər skanerdən keçir. Qalan maşınlar şəxsən yoxlanılır. Yüngül baqajı olan sərnişinlər metal detektorun çərçivəsindən keçirlər.
Krım körpüsü 2022-ci ilin oktyabrında partladılıb. Müstəntiqlərin fikrincə, partlayıcı ilə dolu yük maşını körpüdə partlayıb. Nəticədə konstruksiyaların bir hissəsi dağılıb və yanacaqla yüklənmiş qatar yanıb. Bir neçə nəfər ölüb. Rusiya İstintaq Komitəsi hücumla bağlı cinayət işi açıb.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna xüsusi xidmət orqanlarını hücumun “icraçıları və sifarişçiləri” adlandırıb. Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin partlayışda iştirakının olmadığını bildirib. Eyni zamanda, Kiyev dəfələrlə bəyan edib ki, körpünü legitim hərbi hədəf hesab edir.
“AzPoltika.info”
Tarix: 3-07-2023, 22:44
Xəbəri paylaş





Xəbər lenti