Moskva tikinti şirkətlərindən cəbhə üçün qüvvə yığır: - Əsgər ver, müqavilə al

Moskva tikinti şirkətlərindən cəbhə üçün qüvvə yığır:
Moskva hakimiyyəti tikinti şirkətlərinə meriyanın müqavilələri müqabilində cəbhəyə könüllü işçilər verməyi təklif edib.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "Vyorstka” tikinti sənayesindəki, eləcə də belə sifariş alan developer şirkətlərindən birindəki mənbələrə istinadən xəbər verir.

Onlarla könüllü tapmaq tapşırığı alan ən azı iki firma haqqında məlumat var - gələcəkdə onlarla hərbi xidmət üçün müqavilə imzalanacaq, bundan sonra onlar Ukraynaya döyüşməyə gedəcəklər.
Mənbə bildirib ki, meriyadan avqustun sonuna qədər ən azı 30 könüllünün təmin olunması ilə bağlı "təlimat” gəlib. Onun sözlərinə görə, paytaxtdakı tikinti şirkətlərinin əksəriyyətinin üzərinə eyni vəzifələr qoyulub. "Qabaqlar hər bir kənd əsgər verməli idi. İndi hər korporasiya”, - məndə deyir.

Nəşrin digər mənbəsi qeyd edib ki, həqiqətən belə bir göstəriş var, əslində bu, sövdələşmədir: tikinti şirkətləri işçilərlə təmin edir, əvəzində isə meriyadan müqavilələr alır. Üstəlik, söhbət işğal olunmuş ərazilərdə tikinti işlərinə yox, hərbi qulluqçu kimi cəbhəyə gedəcək könüllülərdən gedir. Nəşrin həmsöhbətinin sözlərinə görə, orada inşaatçılara ehtiyac yoxdur, Mariupolda onların sayı kifayət qədərdir.

Nəşrin mənbələrinə görə, onlar sövdələşmədən imtinaya görə hansısa sanksiyalardan xəbərsizdirlər. "Bu, həmişə "xahiş etdilər”, "yuxarıdan göstəriş gəldi” kimi qiymətləndirilir. "Hər şey çox aydındır, - Moskvada tikinti sənayesində çalışan həmsöhbət deyir. Ultimatumlar ümumiyyətlə, qəbul edilmir. Demirlər ki, bunun müqabilində sizə bunu veririk. Amma uzun müddət Moskvada kim işləyirsə hamı başa düşür ki, söhbət nədən gedir”.
Tarix: 4-07-2023, 10:36
Xəbəri paylaş





Xəbər lenti