"Nədən Ərdoğan "Azov" komandirlərini təhvil verərək Putini təhqir edib?.."


"Ukraynalı hərbçilərin qaytarılması onların maraqlarının, habelə  beynəlxalq hüququn bütün norma və prosedurların nəzərə alınması ilə həyata keçirilib..."
Ankara ölkələr arasında mübahisəli məsələlərin mövcud olduğunu və NATO-ya özünün rusiyayönümlü mövqe tutmadığını nümayiş etdirib.
 
"Azov" taboru hərbi qulluqçularının Ukraynaya Ukrayna dövlət başçısı ilə birlikdə uçmağına imkan verən Türkiyə hakimiyyətinin ehtimal edilən mötivləri bundan ibarətdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "MK-Türkiyə" nəşrinin redaktoru Yaşar Niyazbəyov bəyan edib.
 
"Ukrayna silah xahiş edib ( Ukrayna tərəfi bəyan edib ki, Türkiyədən özüyeriyən T-155 haubitsalar alacaq). Belə fikir səsləndirilir ki, Ankara, mümkündür ki, bu haubitsaları verərək Rusiya ilə münasibətləri gərginləşdirəcəyini anlayıb, lakin bu zaman Zelenskiyə jest edib (madam ki, o, səfərə gəlib) və milli taborun komandirlərini təhvil verib", - Niyazbəyov "Moskovskiy komsomolets" nəşrinə müsahibəsində fərziyyələrdən birini səsləndirib.
 
İkinci fərziyyə, nəşrin baş redaktorunun güman etdiyi kimi, Ankaranın NATO-ya özünün Rusiyayönümlü olmamasını göstərmək istəyi ilə bağlı ola bilər, üstəlik, tezliklə Şimali Atlantika blokunun sammitində Türkiyəyə qarşı ciddi iradlar irəli sürülə bilər.
 
Niyazbəyob belə bir ehtimalı da istisna etmir ki, "azovçuları" buraxmaqla Ərdoğan Putinə "taxıl sövdələşməsi"ndən çıxmaq planlarından narazı olduğunu nümayiş etdirib.
 
Ekspert daha bir mümkün motivi açıqlayıb, guya, bununla Ərdoğan Putinə Ankaranın Suriyanın İdlib və Hələb şəhərlərində Rusiya Hərbi-Kosmik Qüvvələrinin əməliyyatlarından narazı olduğunu nümayiş etdirib.
 
Ekspert qeyd edib ki, Rusiya üçün hazırda Türkiyə ilə münasibətləri gərginləşdirmək sərfəli deyil, çünki Ankara mahiyyət etibarilə Moskva üçün qovşaq olub.
 
Bundan öncə məlumat verildiyi kimi, "Azov" alayının beş ukraynalı komandirləri Vladimir Zelenskinin prezident təyyarəsində evlərinə dönüb.
 
Türkiyədə 2022-ci ilin sentyabrından mübadilədən sonra saxlanılan hərbçilər Ukrayna prezidentinə onun bu ölkəyə səfəri zamanı təhvil verilib.
 
Kremlin mətbuat katibi Dmitri Peskov "RİA Novosti" agentliyinə şərhində bəyan edib ki, "Azov" müdafiəçilərinin Ukraynaya dönüşü "əldə olunan razılaşmaların birbaşa pozulmasından başqa bir şey deyil", bu razılaşmalara görə, ukraynalı hərbçilər münaqişə başa çatanadək Türkiyədə qalmalı idilər.
 
"Həm də bu halda həm Ukrayna, həm də Türkiyə şərtləri pozub. Heç kim bizi bu barədə məlumatlandırmayıb", - Peskov deyib.
 
Onun bu bəyanatına Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov münasibət bildirib. "Bütün müvafiq hərəkətlər əsirlikdən azad olan ukraynalı hərbçilərin maraqlarının, beynəlxalq hüququn bütün prosedur və normaların nəzərə alınması ilə həyata keçirilib", - Yusov deyib.
 
O, qeyd edib ki, hərbçilərin geriyə dönməsinin detalları və şərtlərini hələ şərh edə bilməz, lakin Ukraynanın bundan sonra da öz əsirlərini evlərinə qaytarmaqda davam edəcək.
 
Tarix: 10-07-2023, 22:50
Xəbəri paylaş





Xəbər lenti