Ukraynaya “Kalibr” raketləri atmaqda ittiham olunan komandir GÜLLƏLƏNDİ


Rusiyanın Krasnodar vilayətinin səfərbərlik işləri üzrə rəis müavini Stanislav Rjitski güllələnib.
KONKRET.az xəbər verir ki, qatil “Olimp” idman kompleksinin yaxınlığında səhər qaçışı zamanı 42 yaşlı Rjitskini pusquya salıb və onun kürəyindən və sinəsindən 4 atəş açıb. Rjitski hadisə yerində ölüb.
Hadisəni törədən şəxs qaça bilib.
Qətl faktı ilə bağlı cinayət işi açılıb.
Qatil çox güman ki, Rjitskini uzun müddət izləyib, marşrutlarını bilib, həmçinin xüsusi olaraq müşahidə kameralarının olmadığı yer seçib. Hazırda polis yaxınlıqdakı binalardakı kameralara baxır, lakin indiyə qədər heç bir məlumat tapılmayıb.
Məlumata görə, Rjitski Krasnodar sualtı qayığına da komandirlik edib. Kiyevdə onu Ukrayna ərazisinə “Kalibr” raketləri atmaqda ittiham ediblər.
Tarix: 10-07-2023, 23:05
Xəbəri paylaş





Xəbər lenti