ABŞ Ukraynaya bu silahı versə… - Şoyqu


Ukrayna hücum mövzusunu o qədər qızışdırıb ki, dünyanın üçdə biri iyulun 11-də Vilnüsdə NATO sammitinin başlamasını gözləyirdi.
Bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Ukraynaya kaset sursatları ötürəcəyi təqdirdə Kremlin cavab tədbirləri barədə danışarkən deyib.
“Nəhayət, onlar NATO sammitinə nə ilə gəldilər? İyunun 4-dən (əks-hücumun başlanmasından – red.) indiyədək düşmənin itkiləri 26 mindən çox hərbçi və 3000 müxtəlif silah-sursat təşkil edib”, - o bildirib.
O bildirib ki, ABŞ Ukraynaya kaset sursatları tədarük edərsə, Rusiya cavab olaraq oxşar silahlardan istifadə etməyə məcbur olacaq:
“Rusiyada da kaset bombaları var, onlar Amerikanınkından qat-qat effektivdir, onların diapazonu daha geniş və müxtəlifdir. Lakin bu silahların mülki əhali üçün yaratdığı təhlükəni dərk edən Moskva “xüsusi əməliyyat zamanı” onlardan istifadə etməkdən çəkinir”.
Qeyd edək ki, Rusiya mediası Ukraynanın artıq kaset sursatlarından istifadə etdiyini yazır.\\Axar.Az
Tarix: 12-07-2023, 10:20
Xəbəri paylaş





Xəbər lenti