Pentaqon Çinlə silahlı qarşıdurma təhlükəsini qiymətləndirib


ABŞ Tayvan məsələsində Çinlə silahlı qarşıdurmaya hazır olmalıdır.
SİAM.AZ xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.
"Bu, hər zaman hazır olmalı olduğumuz bir şeydir... Mən qarşıdurmanın qaçılmaz olduğunu düşünmürəm", - deyə o bildirib.
Ostin həmçinin qeyd edib ki, o, Hind-Sakit okean regionunda çəkindirmə qüvvələrini dəstəkləməyə davam etməyi öz işi hesab edir.
İyulun 5-də Çinin Müdafiə Nazirliyi ABŞ-nin Tayvana yeni silah göndərməsini adanı barıt çəlləyinə döndərəcəyi açıqlamasını vermişdir.
Çin buna kəskin etiraz edir.
İyunun sonunda ABŞ-ın BMT-dəki keçmiş səfiri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli Çin hakimiyyətinin öz xalqını Tayvanla müharibəyə hazırladığına inanırdı. Onun sözlərinə görə, Vaşinqton bütün vasitələrlə, o cümlədən dünya üzrə müttəfiqlərinin köməyi ilə sülhü qorumalıdır.
APA
Tarix: 14-07-2023, 08:55
Xəbəri paylaş





Xəbər lenti