İsraildən İsveçə etiraz: "Bu, biabırçı qərardır!"

İsrailin Baş naziri Benyamin Netanyahu İsveç hakimiyyətini Tövratın yandırılmasına icazə verdiyi üçün tənqid edib.
TNS xəbər verir ki, bu barədə Baş nazir "Telegram" kanalında yazıb:
“İsveç hakimiyyətinin İsrail səfirliyi qarşısında “Tanax”ın yandırılmasına icazə vermə qərarını qətiyyətlə pisləyirəm. İsrail dövləti yəhudi xalqı üçün müqəddəs olanı məhv etmək barədə bu biabırçı qərara qəti şəkildə mənfi yanaşır”.
Netanyahu İsveç hakimiyyətindən bütün dinlərə və onların kitablarına hörmət tələb edib.
Tarix: 15-07-2023, 09:50
Xəbəri paylaş





Xəbər lenti