Asiya sammitində Rusiya-Aİ gərginliyi

Asiya sammitində Rusiya-Aİ gərginliyiEntoni Blinken

İndoneziyanın paytaxtı Cakartada keçirilən Cənub-Şərqi Asiya Millətlər Liqası Sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrov qərbi hədəfə alıb.

Bizimyol.info xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Lavrovun görüşlərdə konstruktiv olmadığını bildirib.
Blinken: “Xarici işlər naziri Lavrovun bu gün söylədiklərinə əsaslanaraq, onun iştirakı və təmaslarının heç bir məsələdə konstruktiv və ya məhsuldar olmadığını söyləmək ədalətli olar”, - deyə qeyd edib.
Blinken Lavrovu mənfi münasibətdə ittiham edib. Görüş zamanı o, dünyada baş verən hər problemin mənbəyi kimi rus diplomatın ABŞ-ı göstərdiyini bildirib. O qeyd edib ki, Rusiya siyasi dairəsi ABŞ-ı bir çox başqa ölkələrdən fərqli olaraq tamamilə mənfi bir təqdimat üzərindən anti-təbliğat gündəminə çeviriblər. Blinken dünyada hər bir problemin mənbəyi kimi Lavrovun ABŞ-ı göstərdiyini diqqətə çatdırıb.
"Biz Ukraynada gedən müharibənin, təkcə onu balaran rus və işğala məruz qalan Ukrayna xalqına deyil, bölgənin, hətta dünyanın bir çox xalqlarına mənfi təsir etdiyini deyirik və bu münaqişənin tezliklə bitməsini istəyirik. Əvəzində isə Rusiya diplomatiyası bizimlə sərt dillə danışmağa çalışır.  Münaqişəni dayandırmaq fikrindən uzaq olduqlarını nümiş etdirirlər", - deyə dövlət katibi bildirib.
Aİ-nin ali nümayəndəsi Cozep Borrell də görüş zamanı Lavrovla ikitərəfli müzakirələrə başlayarkən uyğunsuzluq yaşadığını qeyd edib. "Lavrov mənə çox aqressiv cavab verdi və vəziyyəti öz nöqteyi-nəzərindən izah etdi", - deyə Borrell bildirib.
AB Ali Nümayəndəsi Borrell: "Hər şey qərbin sui-qəsdidir və müharibə davam edəcək. Rusiya təcavüzü dayandırmağa və qoşunlarını geri çəkməyə qətiyyən hazır deyil", - deyə qeyd edib.
Tarix: 15-07-2023, 22:52
Xəbəri paylaş





Xəbər lenti