Britaniyanın müdafiə naziri vəzifəsini tərk edir: “Siyasətdən bezmişəm”


bitmap-img6

Britaniyanın müdafiə naziri Ben Uolles Baş nazir Rişi Sunakın 2023-cü ilin sentyabrında Nazirlər Kabinetində keçirəcəyi növbəti dəyişiklik zamanı hökuməti tərk etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu nazir “The Times” qəzetinə müsahibəsində deyib.

Uolles siyasətdən bezdiyini və karyerasını bitirmək istədiyini bildirib:

“Növbəti seçkilərdə iştirak etməyəcəyəm (2024-cü ilin sonuna qədər keçirilməlidir - Qeyd). Seçkilər keçirilənə qədər sıravi deputat olaraq qalacağam. 1999-cu ildə Şotlandiya parlamentinə seçiləndə siyasətə qədəm qoydum. 24 il keçib. Yeddi ildən artıqdır ki, yatağımın yanında üç telefon var”.

Nazir bildirib ki, hələ iyunun 16-da qərarı barədə Baş nazir Rişi Sunakı məlumatlandırıb. O, əvvəlcə yayda planları barədə ictimaiyyətə açıqlama vermək niyyətində idi, lakin bu məlumatın hökumətdən sızması səbəbindən elanı təxirə salmaq məcburiyyətində qaldı.
Tarix: 16-07-2023, 10:53
Xəbəri paylaş





Xəbər lenti