"Qərbdə döyüş sursatlarının kritik qıtlığı müşahidə edilir" - CNN


"NATO lap əvvəldən "bir gün və bir gecə" davam edəcək hücuma hazırlaşıb..."
 
"Ukraynada müharibə Qərb ölkələrinin uzunmüddətli münaqişəyə hazırlığının aşağı səviyyədə olduğunu üzə çıxarıb..."
 
Ukraynanın əkshücumu fonunda ABŞ və Avropa döyüş sursatlarının istehsalını artırmağa tələsir. Onilliklərlə davam edən sülhdən sonra Qərb, nəhayət, anlayıb ki, böyük silah ehtiyatlarının mövcudluğunun vacibliyini lazımınca qiymətləndirməyib. 
 
Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.
 
Ötən həftə nəşrin müxbiri ilə söhbətində Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bəyan edib ki, NATO lap əvvəldən "bir gün və bir gecə" davam edəcək hücuma hazırlaşıb.
 
"Əslində, heç kim özünə sual verməyib ki, əgər "bir gün və bir gecə" "iki, üç, dörd həftəyə çevrilərsə", onda necə olacaq? Bizim əslində nə qədər ehtiyatlarımız var?" - Uolles etiraf edib.
 
ABŞ-ın jurnalistlərin ünsiyyətdə olduğu rəsmi şəxsləri deyib ki, Amerika bazalarında döyüş sursatlarının müəyyən ehtiyatı var. Onların həcmi məxfidir, lakin, iddia edildiyi kimi, bu ehtiyat fövqəladə hallar üçün nəzərdə tutulub və hərbçilər onlardan istifadə etmək istəmir.
 
Rəsmi şəxslər faktiki olaraq etiraf edir ki, onlar Ukraynaya tədarük edilən 155 mm-lik mərmilər ehtiyatı üzrə artıq "qırmızı xəttə" yaxınlaşır. Ötən il müharibənin güman edildiyindən uzun müddət davam edəcəyi aydın olandan sonra ABŞ döyüş sursatları istehsalını artırmağa başlayıb. Lakin bu istehsal yalnız bir neçə ildən sonra lazımi səviyyəyə qalxacaq, bunu ABŞ Milli Təhlükəsizlik məsələləri ilə müşaviri Ceyk Sallivan bəyan edib.
 
Məhz buna görə də Vaşinqton Ukraynaya müvəqqəti olaraq kaset döyüş sursatlarını göndərmək qərarına gəlib.
 
Almaniya hökumətindəki mənbə CNN-ə məlumat verib ki, Berlin də həmçinin döyüş sursatları ehtiyatında boşluqları dolduqmağa cəhd edəcək. Həm də söhbət təkcə artilleriyadan deyil, əvvəllər Ukraynaya tədarük edilən "Gepard" zenit qurğuları üçün mərmilərdən gedir.
 
Böyük Britaniya döyüş sursatları istehsalı və anbarların gücünün artırılmasına əlavə olaraq 2, 5 milyard funt sterlinq investisiya ayırıb.
 
Pentaqonun məlumatına görə, bu günədək ABŞ  Ukraynaya 2 milyondan artıq 155 mm-lik artilleriya mərmiləri tədarük edib.
 
Pentaqon hər ay 70 min artilleriya mərmisi istehsal etməyi qarşısına məqsəd qoyub, lakin hələlik 30 minədək mərmi istehsal edir. 2022-ci ilin fevralında ay ərzində  cəmi 15 min istehsal edilib. Beləliklə, hazırda Ukrayna mövcud olan anbar ehtiyatlarından istifadə edir.
 
Nəşr qeyd edir ki, müharibənin ilyarımı ərzində USQ-nin artilleriya atəş tempi, demək olar ki, azalmayıb, hərçənd, Ukraynanın öz ehtiyatları tədricən olsa da, durmadan azalıb. Hazırda Ukrayna qoşunları gün ərzində 2-3 min artilleriya mərmisi buraxır, ABŞ MN-nin nümayəndəsi CNN-ə məlumat verib.
 
Nəşrin həmsöhbətlərinin etiraf etdiyinə görə, ABŞ ümif edib ki, USQ əkshücuma başlayandan sonra artilleriyaya az güvənəcək, daha çox ümunqoşun manevrlərinə üstünlük verəcək, bunu üçün ABŞ ukraynalılara bir neçə ay ərzində təlim keçib. Lakin cəbhəyanı zonanın total minalanması manevr müharibəsini mümkünsüz edərək, ukraynalıları bundan sonra da artilleriyaya bel bağlamağa vadar edib.
 
Qərbin silahla bağlı problemləri-son xəbərlər
 
Ukraynada müharibə Qərb ölkələrinin miqyaslı uzunmüddətli münaqişəyə hazırlığının aşağı səviyyədə olduğunu üzə çıxarıb. Məsələn, bu yaxınlarda bəlli olub ki, alman ordusunun anbarlarında cəmi 20 minədək 155 mm-lik artilleriya mərmiləri var, bu da maksimum bir həftəlik fəal döyüşlərə yetərlidir.
 
İspaniyada isə, məsələn, silahlanmada olan onlarla "Leopard" tankları istifadəyə yararsızdır. İspaniya hökuməti təcili surətdə onların təmirinə pul ayırıb ki, onları Ukraynaya heç olmasa dəyər-dəyməzinə tədarük etməyə başlasın.
 
Bu yaxınlarda "New York Times" nəşri yazıb ki, Ukraynanın Qərb tərəfdaşlarından aldığı silahların çoxu döyüş üçün yararsızdır və yalnız ehtiyat hissələri kimi istifadə edilə bilər.

Tarix: 18-07-2023, 22:24
Xəbəri paylaş





Xəbər lenti