Amerikalı əsgər Şimali Koreyaya qaçdı


Amerikalı əsgər Trevis Kinq qəsdən və icazəsiz Koreya Xalq Demokratik Respublikasının sərhədini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "CBS News" ABŞ hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, bu yaxınlara qədər Kinq Cənubi Koreyada xidmət edib, lakin intizam səbəblərinə görə ABŞ-a qaytarılacaqdı.
Hərbçi hava limanında mühafizədən keçdikdən sonra qaça bilib və Birgə Təhlükəsizlik Bölgəsinə doğru gedən tur qrupuna qoşulub.
Daha sonra sıravi qrupdan ayrılaraq sərhədə doğru qaçıb.
BMT komandanlığının mətbuat xidməti sıravinin saxlanıldığını yazır:
"Biz onun hazırda həbsdə olduğunu düşünürük. Koreya Xalq Ordusundan olan həmkarlarımızla bu insidentin aradan qaldırılması üçün işləyirik"
Tarix: 19-07-2023, 08:59
Xəbəri paylaş





Xəbər lenti