RUSİYA BMT-YƏ TAXIL MÜQAVİLƏSİ İLƏ BAĞLI MÖHLƏT VERDİ


BMT-nin Rusiya taxılının və gübrələrinin ixracına dair memorandumun həyata keçirilməsi üçün daha üç ay vaxtı var.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiostansiyasına müsahibəsində bildirib.
“BMT-nin konkret nəticələr əldə etmək üçün hələ üç ayı var”, – Zaxarova bildirib.
O əlavə edib ki, memorandumun icrası ilə bağlı konkret nəticələr olarsa, Moskva taxıl müqaviləsi mövzusunun müzakirəsinə qayıdacaq.
Qeyd edək ki, iyulun 17-də Rusiya Türkiyə, Ukrayna və BMT-yə taxıl müqaviləsinin uzadılmasının əleyhinə olduğunu bildirib. Bu o deməkdir ki, Rusiya gəmiçiliklə bağlı təhlükəsizlik zəmanətlərini geri götürür və Qara dənizin şimal-qərb sularında humanitar dəhlizi bağlayır.
Beləliklə, Rusiyanın iştirakı olmadan Qara dəniz taxıl təşəbbüsü iyulun 18-də fəaliyyətini dayandırdı.
Tarix: 19-07-2023, 13:34
Xəbəri paylaş





Xəbər lenti