Rusiya Odessanı ağrı bombalar və dronlarla vurdu - FOTOLAR


Son günlər işğalçı Rusiya ordusu Ukraynanın Odessa şəhərini ağır bombardmana məruz qoyub. 
Həmin şəhərdə yaşayan jurnalist Anar Natiqoğlu bildirib ki, Odessada mülkü infrastruktur və yaşayış binaları 3 gün ərzində təyyarələrdən, artilleriyadan və dronlardan istifadə edilməklə hücuma məruz qalıb. Nəticədə çoxsaylı dağıntılar baş verib.
“İlk dəfə idi uşaqlar da qorxdu. Gözəl şəhərimiz Odessada dağıntılar, yanğınlar, yaralanan və həyatını itirənlər oldu”, - jurnalist təəssüflə qeyd edib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən Krım körpüsü növbəti dəfə vurulduqdan sonra Rusiya rəhbərliyi qisas alınacağını vəd etmişdi.
Görünür, işğalçı ordunun dinc insanların üstünə ağır bombalar atmaqdan, dronlar göndərməkdən başqa resursu qalmayıb, döyüş meydanında imkanları getdikcə tükənir.
“AzPolitika.info”





Tarix: 21-07-2023, 09:25
Xəbəri paylaş





Xəbər lenti