Rusiya kəndliləri Lukaşenkoya üz tutdu:“Bizi öldürürlər... Moskvaya yürüşə hazırıq...”-VİDEO

Rusiya kəndliləri Lukaşenkoya üz tutdu:“Bizi öldürürlər... Moskvaya yürüşə hazırıq...”-VİDEO
Ötən gün - iyulun 21-də Kubandakı, yəni Rusiyanın Krasnodar diyarındakı Poltavskaya kəndinin sakinləri Belarus diktatoru Lukaşenkoya video-müraciət edərək onu çəltik tarlalarında zibilxananın ləğvinə kömək etməyə çağırıblar. 
 
Moderator.az xəbər verir ki,  Belarusun “Belsat” kanalının yayımladığı kadrlarda ruslar kəndlərinin yanındakı zibilxanadan şikayətlənirlər. Onların sözlərinə görə, zibil filtratı suvarma kanallarına axır və onların düyüləri də həmin filtratın qatışdığı torpaqda yetişdirilir.
 
Rusiya Federasiyasının keçmiş kəşfiyyatçısı Sergey Jirnov bildirib ki, "bu, elə belə deyil”.
 
"Qriqoryeviç, əzizimiz, biz hamımız gördük ki, sən Moskvaya gedən ədalət yürüşünü("Vaqner"i -S.L,) necə dayandırdın. İndi Poltavskaya kəndinin sakinləri eyni yürüşlə Moskvaya getməyə hazırdırlar. Burada yaşamaq mümkün deyil, sadəcə, bizi öldürürlər. Əziz batya, kömək elə", - kişilərdən biri kameraya belə deyir.
 
Onların sözlərinə görə, “ümidsizlik” üzündən Lukaşenkoya üz tuturlar: “Başqa üz tutacaq kimsə yoxdur, yalnız "Sportloto" və Lukaşenko qalıb”.
 
Öz növbəsində, Rusiya Federasiyasının keçmiş kəşfiyyatçısı Sergey Jirnov bəhs edilən rusların niyə birdən-birə Belarus diktatoruna müraciət etmək fikrinə düşdüklərini izah edib. 
 
"Onlar Lukaşenkoya elə belə müraciət etmirlər.  Həmin kənddə əvvəllər nümunəvi kolxoz olub, Belarusdan insanlar təcrübə mübadiləsi üçün ora gəlirdilər. Bu işin arxasında bir həyat həqiqəti var. Mən statistikanı gördüm: əgər Lukaşenko "ittifaq dövləti"nin başçısı vəzifəsinə namizədliyini irəli sürsəydi, onun buna şansı və potensialı olardı", - Jirnov belə deyib.


Tarix: 22-07-2023, 09:13
Xəbəri paylaş





Xəbər lenti