Zelenskidən xəbərdarlıq: “Odessaya raket zərbələrinə mütləq cavab olacaq”

Ukrayna Prezidenti: “Onlar bu cavabı hiss edəcəklər"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Odessaya raket zərbələri endirməsinə münasibət bildirib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, Prezident zərbəyə cavab veriləcəyini söyləyib.
"Dinc şəhərlərə, yaşayış binalarına, kilsəyə raketlər atılır... Rus şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu şər uduzur. Odessa üçün rus terrorçularına mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər", - deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, bu son terror aktından əziyyət çəkən hər kəsə yardım edilir və insanlara kömək edən hər kəsə təşəkkür edilir.
"Biz bunun öhdəsindən gələcəyik. Biz dünya nizamını qaytaracağıq. Bunun üçün isə rus şərinə qalib gəlməliyik", - Zelenski bildirib.
Qeyd edək ki, bu gecə Rusiya ordusu Odessa və bölgəyə növbəti raket hücumu həyata keçirib. İnsanlar yaralanıb, yaşayış binalarına, mülki infrastruktur obyektlərinə ziyan dəyib. Bununla yanaşı, Spaso-Preobrajenski Katedrali dağıdılıb.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov qeyd edib ki, Rusiyanın Odessaya raket hücumlarının əsas məqsədi Ukraynanın Qara dənizə çıxışını tamamilə təcrid etmək, “Taxıl dəhlizi”nin fəaliyyətini bərpa etmək üçün beynəlxalq səyləri neytrallaşdırmaq cəhdidir.
Tarix: 23-07-2023, 15:43
Xəbəri paylaş





Xəbər lenti