Polşa Belarusa qarşı hərbi əməliyyata başlayacaq – İDDİA

“Putin Polşanın bu əməliyyata başlaması ilə bağlı bütün kəşfiyyat məlumatlarına malikdir”
“Polşanın yaxın gələcəkdə ən çox ehtimal olunan planları Belarusa qarşı əməliyyata başlamaq olacaq. Bu, Ukraynanın məğlubiyyəti fonunda baş verəcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib.
“Polşa yəqin ki, NATO-nu münaqişəyə cəlb etmək üçün Belarusa qarşı əməliyyat keçirməyi planlaşdırır. İndi başa düşürlər ki, Ukrayna uduzur. Polşa isə NATO-nu inkar etmək üçün ümidsiz cəhdlər edir”, Conson vurğulayıb.
Analitikin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Polşanın bu əməliyyata başlaması ilə bağlı bütün kəşfiyyat məlumatlarına malikdir.
Conson xatırladıb ki, Varşava öz sərhədində rus qoşunlarını görmək istəmir.
“Polşanın belə cəhdinin nəticəsi məğlubiyyətlə nəticələnəcək, çünki NATO-nun vəziyyəti pozmaq imkanı yoxdur”, - deyə MKİ-nin keçmiş analitiki söyləyib.
Qeyd edək ki, bundan əvvəl Kreml Polşanın Belarus sərhədinə qoşun yeritməsi ilə bağlı narahatlığını bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Varşavanın Belarus və Rusiyaya münasibətini aqressiv və düşmənçilik kimi qiymətləndirib.
Tarix: 23-07-2023, 23:37
Xəbəri paylaş





Xəbər lenti