Barak Obamanın aşpazı gölməçədə ÖLÜ TAPILDI


ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın itkin düşmüş aşpazı Tafari Kempbellin cəsədi Martas–Vinyard adasındakı gölməçədə tapılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, polis hadisə ilə bağlı araşdırma aparır.

Məlumata görə, dalğıclar 45 yaşlı aşpazın cəsədini gölməçədən çıxarıblar.
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama deyib ki, Tafari ailənin sevimli üzvü olub:
“O, Ağ Evdə istedadlı aşpaz idi. Sonrakı illərdə biz onu şən, mehriban, həyatımızı bir az da işıqlandıran insan kimi tanıdıq”.
Qeyd edək ki, keçmiş ABŞ prezidentinin ailəsi Ağ Evi tərk etdikdən sonra Kempbelldən onlarla işləməyə davam etməsini istəyib və o, razılaşıb.
Polis bildirib ki, Kempbell ölən zaman Martas–Vinyardda olub. Hadisə zamanı Barak Obama evdə olmayıb.
Tarix: 25-07-2023, 10:55
Xəbəri paylaş





Xəbər lenti