Sabiq deputat vətənə xəyanətdə ittiham olunur - Rusiya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edib


Ukrayna Təhlükəsizlik Xidməti sabiq deputat, “Naşi” partiyasının sədri Yevgeni Murayevin əməllərində vətənə xəyanəti sübut edən əsaslar aşkarlayıb.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında dərc edilən məlumatlara görə, Murayevə qarşı vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb. Belə ki, onun yaratdığı və başçılıq etdiyi partiya, eləcə də sahibi olduğu “Naş” kanalı Rusiyanın xeyrinə, Ukrayna dövlətinin və dövlətçiliyinin əleyhinə fəaliyyətlə məşğul olub.
Eləcə də Murayevin Rusiya işğalı öncəsi Rusiya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyi bildirilir.
Qeyd edək ki, müharibənin başlamasından qısa müddət sonra Ukrayna hüquq-mühafizə orqanları Murayevin evində və ofisində axtarışlar aparıb və onun Rusiya işğalçıları ilə əməkdaşlığına dair faktlar aşkarlayıb.
Lakin sabiq deputat Kiyev vilayətinin bir hissəsi işğal altında olan günlərdə Rusiya xüsusi xidmət orqanlarının köməyi ilə paytaxtı tərk edə və Rusiyaya qaça bilib.
Tarix: 25-07-2023, 12:22
Xəbəri paylaş





Xəbər lenti