“Vaqner” Belarusda Litva və Polşaya qarşı döyüşməyə hazır olan yeni kadrlar axtarır


“Vaqner” Belarusda Litva və Polşaya qarşı döyüşməyə hazır olan yeni kadrlar axtarır.
Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi Belarus hərbçilərinə istinadən məlumat yayıb.
“Vaqner” özəl hərbi şirkəti instruktorlarının təlim keçdiyi Belarus döyüşçüləri bildiriblər ki, Belarusda keçirilən hərbi təlimlər zamanı ölkənin silahlı qüvvələri arasında “Vaqner” sıralarına qəbul aparılır.
Belarus döyüşçülərinin sözlərinə görə, müqavilənin şərtlərindən biri Belarusla qonşu dövlətlərin, o cümlədən Polşa və Litvanın ərazisində hərbi əməliyyatlarda iştirak etməyə hazır olmaqdır.
Mənbə: TSN.ua




Tarix: 27-07-2023, 08:47
Xəbəri paylaş





Xəbər lenti