"Şoyqu KXDR-də silah tədarükü ilə bağlı danışıqlar aparıb" - Blinken


Rusiya müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin Şimali Koreyaya səfərinin məqsədlərindən biri silah almaq olub.
APA xəbər verir ki, bu barədə Blinken Avstraliyanın Brisben şəhərində danışıqların yekunu üzrə keçirdiyi mətbuat konfransında bildirib.
“Mən Sergey Şoyqunun orada məzuniyyətdə olmasına qəti şübhəm var”, - deyə dövlət katibi bildirib.
Xatırladaq ki, Rusiya nümayəndə heyəti Şimali Koreyaya iyulun 25-də səfər edib.
Şoyqu bu ölkənin Koreya müharibəsində qələbəsinin 70-ci ildönümündə iştirak edib.
Tarix: 30-07-2023, 08:45
Xəbəri paylaş





Xəbər lenti