Əfqanıstanda "əxlaqsızlığın qarşısını almaq" üçün musiqi alətləri yandırılır

Əfqanıstanda "əxlaqsızlığın qarşısını almaq" üçün musiqi alətləri yandırılır

Taliban Əfqanıstanda musiqi alətlərini yandıraraq, musiqinin "mənəvi aşınmaya səbəb olduğunu" iddia edir.

Bizimyol.info xəbər verir ki, bu barədə BBC məlumat verib.
Şənbə günü ölkənin qərbindəki Herat əyalətində tonqalda minlərlə dollar dəyərində musiqi avadanlığı yanıb. 2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra Taliban musiqinin ictimai ifası da daxil olmaqla çoxsaylı məhdudiyyətlər qoyub.
Əfqanıstan Milli Musiqi İnstitutunun yaradıcısı Əhməd Sarmast onların hərəkətlərini “mədəni soyqırım və musiqi vandalizmi” adlandırıb.
“Əfqanıstan xalqı sənət azadlığından məhrum edilib. Heratda musiqi alətlərinin yandırılması Əfqanıstanda Talibanın rəhbərliyi altında baş verən mədəni soyqırımın kiçik bir nümunəsidir. Hakimiyyət ölkənin mədəniyyətini məhv edir”, - deyə hazırda Portuqaliyada yaşayan Sarmast bildirib.
İnternetdə yayılan görüntülərə görə, Heratda yandırılan əşyaların bəzilərinə gitara, harmoniya və tabla (nağara növü), həmçinin gücləndiricilər və dinamiklər olduğu bildirilir. Onların bir çoxu şəhərdəki şadlıq evlərindən yığışdırılıb.
Talibanın Vicdan və Fəzilət Nazirliyinin sözçüsü deyib ki, musiqi ifa etmək gənclərin yolunu azmasına səbəb olur. Taliban oxşar alət tonqalını iyulun 19-da da təşkil edib.
Taliban Əfqanıstanda 90-cı illərin ortalarından 2001-ci ilə qədər hakimiyyətdə olduğu müddətdə ictimai toplantılarda, televiziya və radioda musiqinin bütün növləri qadağan edilmişdi.
Musiqi səhnəsi növbəti iki onillikdə çiçəkləndi, lakin 2021-ci ilin avqustunda Talibanın qayıdışı bir çox musiqiçinin ölkəni tərk etməsinə səbəb oldu. Hələ də ölkədə olan müğənni və musiqiçilərin döyüldüyü və ayrı-seçkiliyə məruz qaldığı bildirilir.
Qadir, Bizimyol.info



Tarix: 2-08-2023, 10:07
Xəbəri paylaş





Xəbər lenti