"Ukrayna Rusiya ilə müharibədə ikinci cəbhə açıb" - "Politico"



"Rusiya taxıl sazişindən çıxdıqdan sonra Qara dənizdə təhlükəsizliklə bağlı vəziyyət pisləşib..."
 

"Müharibə başlanandan Rusiyanın neft ixracı üçün ciddi təhlükə yaranıb..."
 
Dəniz dronunun Rusiyanın Qara dənizdə Kerç boğazı yaxınlığında Rusiya tankerinə gecə hücumu onu göstərir ki, Kiyev Moskva üçün son dərəcə vacib olan neft ixracı tədarükünə hücum etməyə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazıb.
 
"Hərbi-dəniz dronunun Qara dənizdə Rusiya tankerinə gecə hücumu Ukrayna müharibəsində potensial yeni cəhbədən xəbər verir. Bu zaman Kiyev bu gün qətiyyətlə siqnal göndərir ki, Moskva üçün son dərəcə vacib olan neft və yanacaq tədarükünə hücum etməyə hazırdır", - məqalədə deyilir.
 
Məqalə müəllifləri qeyd edir ki, Kerç yaxınlığında tankerə hücum digər dəniz dronunun Novorossiysk limanı yaxınlığında Rusiyanın hərbi-dəniz bazasını hədəfə aldıqdan və nəticədə orada hərbi gəmi ciddi zədələndikdən cəmi bir gün sonra baş verib.
 
Rusiya dəniz və çay nəqliyyatı Federal agentliyi avqustun 5-də hücum zamanı "SIG" neft-kimya tankerinin güclü zədələnməsini təsdiq edib.
 
Gəminin sahibi 2019-cu ildə Suriyada Rusiya qoşunlarına aviasiya yanacağı tədarük etdiyinə görə ABŞ-ın sanksiyaları altına düşən Peterburqun "Transpetrochart" şirkətidir.
 
Nəşr qeyd edir ki, Qara dənizdə təhlükəsizliklə bağlı vəziyyət Rusiyanın BMT-nin vasitəçiliyi ilə yaranan taxıl təşəbbüsündən çıxması, Ukraynanın Qara dəniz sahillərində və Dunay çayında limanlarını raket atəşinə tutması və on minlərlə ton Ukrayna taxılını məhv etməsindən sonra pisləşib.
 
Bu hücumlardan və blokadadan sonra iyul ayında ukraynalı məmurlar bəyan edib ki, Rusiya gəmiləri Qara dənizdə daha təhlükəsiz olmayacaq. Ukrayna Müdafiə Nazirliyinin bəyanatında deyilib ki, bu gəmilərə "Ukrayna tərəfindən potensial hərbi yüklər daşıyıcısı kimi baxılacaq və bunun da nəticələri olacaq".
 
Kerç yaxınlığında Rusiya tankerinə hücum
 
Avqustun 5-də səhər dəniz dronları Kerç boğazı rayonuna hücum edib. Birbaşa hədəfə düşmə nəticəsində Rusiyanın "SIG" neft-kimya tankeri güclü zədə alıb. O cümlədən maşın bölməsini su basıb. İnsident Kerç boğazından 32 mil aralıda baş verib. Ekipaj sağdır, bir neçə adam şüşənin sınmasından kiçik yaralar alıb.
 
Bu hücum Novorossiysk limanına oxşar hücumdan bir sutka sonra baş verib, o zaman dəniz dronu Rusiyanın "Oleneqorsk" böyük desant gəmisi güclü zədə alıb. "Financial Times" nəşri qeyd edib ki, bu hücum müharibə başlanandan Rusiyanın neft ixracı üçün ilk ciddi təhlükə olub.
Tarix: 6-08-2023, 15:00
Xəbəri paylaş





Xəbər lenti