Rusiya MN: Moskvaya pilotsuz uçan aparatlarla hücum edilib

Rusiya MN: Moskvaya pilotsuz uçan aparatlarla hücum edilibKreml, Moskva, Rusiya

"Rusiya Federasiyasının silahlı qüvvələri Kiyevin Moskva vilayətindəki obyektlərə pilotsuz uçan aparatla hücum etmək cəhdinin qarşısını alıb, pilotsuz təyyarə Podolsk vilayəti ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib".

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
“Bu gün saat 11:27-də Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə Moskva vilayətində obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, -deyə nazirlikdən bildirilib.
Onlar qeyd ediblər ki, pilotsuz təyyarə Podolsk vilayəti ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. “Alınan terror aktı nəticəsində tələfat və dağıntı yoxdur”, -deyə nazirliyin məlumatında qeyd edilir.
Tarix: 6-08-2023, 21:28
Xəbəri paylaş





Xəbər lenti