"ABŞ və Rusiya 2010-cu ildən əvvəlki mövqelərinə çəkilməli, Çin və Hindistanla rəqabət aparmalıdır"

"ABŞ və Rusiya 2010-cu ildən əvvəlki mövqelərinə çəkilməli, Çin və Hindistanla rəqabət aparmalıdır"Co Bayden və Vladimir Putin

"Hazırda beynəlxalq mediada xüsusilə Afrika-Rusiya sammitindən sonra Rusiyanın təbliğatı və regionda Vaqnerin təsiri ilə bağlı məlumatlar yayılsa da, bunlar suyu bulandırmaqdan başqa bir şey deyil. Rusiya regionda ABŞ və Fransaya qarşı olan qrupları və ocaqları ciddi şəkildə dəstəkləyir, lakin bu, afrikalıların öz tələblərinin düzgün olmadığını göstərmir. Mustafa Kamal Paşa Qurtuluş Döyüşü zamanı Fransa, İngiltərə və Yunanıstana qarşı Sovet İttifaqından da silah, sursat və siyasi dəstək almışdı. Amma Türkiyə nə Sovet ölkəsi oldu, nə də kommunizm gəldi".

Bu barədə Bizimyol.info xəbər portalına BAU ULMER müdürü, politoloq İhsan Alpargın danışıb. Onun sözlərinə görə, Rusiya və Çinin sosial və mədəni baxımdan Afrikada frankofon, anqlo-sakson və ya latın tipli müstəmləkə inteqrasiyası və ya kukla idarəçiliyi yaratmaq üçün onsuz da kodlar və geosiyasi üstünlüyü yoxdur. Putin administrasiyasının əsas motivləri öz “ön bağçası”na daxil olanların “arxa həyətləri”nə girib orada mübarizəni davam etdirməkdir.

“Bu yolla həm vaxta qənaət etmək, həm də əlini gücləndirmək istəyir. Eynilə 1917-ci ildən sonra Avropanın dəstəklədiyi əks hərəkata qarşı 1920-ci ildə Anadoluda müstəqillik savaşını dəstəkləyən Lenin kimi.
Göründüyü kimi, qlobal sistemdə hegemonluq problemi var, soyuq müharibədən sonra 11 sentyabrla müəyyənləşən yeni düşmən “cihadçı terrorizm” Qərbi bir yerdə saxlaya bilmədi. Ticarət müharibələrində isə Çində cilovlanmaq bir kənara, pandemiya ilə qlobal sistemin tərəflərini daha da bir-birinə məcbur etdi. Ukrayna məsələsində onlar ancaq Rusiyanı yubandıra bidilər. Bu fasilə zamanı NATO konsolidasiya edilsə də, xüsusilə Almaniya indi öz təhlükəsizliyini təmin etmək istəyir, Böyük Britaniya Aİ mexanizmindən çıxdı və rəhbərliyi müdafiə edən Fransa indi Qərbi Afrikadakı son təhlükəsiz limanından qovulmaq üzrədir və ABŞ-dan daha çox asılı vəziyyətə düşüb”-deyən politoloq hesab edir ki, yaxın gələcəkdə ABŞ və Rusiya 2010-cu ildən əvvəlki mövqelərinə qayıtmalı, eyni zamanda Çin və Hindistanla birlikdə rəqabətə girməyi planlaşdırmalıdırlar. Əks halda, şərqlə qərb arasında hər 1000 ildən bir baş verən iqtisadi və mədəni kapitalın (sivilizasiyanın) təhvil-təsliminin yaxın 50-60 ildə baş tutacağı görünür.
Politoloqun sözlərinə görə, 90-cı illərdə Klinton dövründə Rusiyanı da əhatə edən Avropa Birliyi və müdafiə paktı planının bəlkə də bu məqsədlə həyata keçirilməsi istənilirdi. Son illərdə Rusiya ilə bu cür şiddətli münaqişələrə girmək də sövdələşmə masasına oturmadan mümkün qədər yormaq ola bilər. Amma çoxqütblü post-həqiqət dövründə artıq ağ-qara yoxdur. Anqlo-Sakson tipli neoliberal iqtisadi sistem ideologiyaları, mədəniyyətləri və insanları çox daha mürəkkəb bir şəkildə iç-içə bağlamışdır və bu mürəkkəbliyə görə, bu ekosistemdən gələn hücumlara soyuq müharibə dövrü kimi aydın reflekslər göstərə bilmir.
“Sistem və onun bütün maraqlı tərəfləri özünü yeniləyəcək və ya dağılacaq”-deyə İhsan Alpargın vurulayıb.
Tarix: 8-08-2023, 17:34
Xəbəri paylaş





Xəbər lenti