Moskva vilayətinə PUA hücumları olub

Moskva vilayətinə PUA hücumları olub

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Kiyevin Moskva vilayətindəki obyektlərinə PUA-larla hücum cəhdinin qarşısını aldığını elan edib, hava hücumundan müdafiə sistemləri iki pilotsuz uçan aparatı məhv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Bu gecə Moskva vilayətinin ərazisinin hava məkanında Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemləri iki PUA-nı aşkarlayaraq məhv edib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, qarşısı alınan terror aktı nəticəsində tələfat və dağıntı olmayıb.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin avqustun 9-na keçən gecə iki pilotsuz uçan aparata hücum cəhdi barədə məlumat vermişdi. Onun sözlərinə görə, pilotsuz uçan aparatlar Domodedovo və Minsk şossesi ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Tarix: 9-08-2023, 10:50
Xəbəri paylaş





Xəbər lenti