"Suriyadakı terror Türk məhsuludur" - Əsəd


Suriya prezidenti Bəşər Əsəd prezident Ərdoğanla onun şərtləri daxilində  görüşməyəcəyini bəyan edib.
32gun.az xəbər verir ki, bu barədə prezident "Sky News Arabia" müsahibəsi zamanı danışıb.
Suriya prezidenti Əsəd Ərdoğanın Türkiyənin Suriyaya müdaxiləsini qanuniləşdirmək istədiyini, ölkəsindəki terrorun türk məhsulu olduğunu iddia edib:
“Ərdoğanın mənimlə görüşmək istəməsində məqsəd Suriyadakı türk işğalını qanuniləşdirməkdir. Suriyadakı terror türk məhsuludur. Qaçqınların geri qayıtmasında ən böyük problem də terrorun məhv etdiyi infrastrukturdur”.
Tarix: 9-08-2023, 20:45
Xəbəri paylaş





Xəbər lenti