Kim Çen In generalı işdən çıxarıb və orduya müharibəyə hazırlıq tapşırığı verib


Kim Çen In generalı işdən çıxarıb və orduya müharibəyə hazırlıq tapşırığı veribKim Çen In

Şimali Koreya lideri Kim Çen In silahlı qüvvələrin yüksək rütbəli generalını dəyişib və mümkün müharibəyə daha çox hazırlıq, daha çox silah istehsalı və daha çox hərbi təlimlər keçirməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı dövlət mediasının məlumatına istinadən "India Today" yazıb.
Kim Çen In bu barədə Şimali Koreyanın adları açıqlanmayan düşmənlərinə qarşı mübarizə planlarını müzakirə edən Mərkəzi Hərbi Komissiyanın iclasında deyib.
"KCNA" təfərrüatlara varmadan ölkənin yüksək səviyyəli generalı, Baş Qərargah rəisi Pak Su İlin "təqaüdə çıxdı"ğı barədə məlumat verib. O, yeddi aya yaxın bu vəzifdə çalışıb.
Pakın yerinə əvvəllər ölkənin müdafiə naziri, eləcə də adi qüvvələrin baş komandanı vəzifələrində çalışmış general Ri Yonq-gil təyin edilib. Ri bundan əvvəl də Ordu Baş Qərargah rəisi vəzifəsində çalışıb. 2016-cı ildə dəyişdirildikdə, işdən çıxarılması və sonradan rəsmi tədbirlərdə iştirak etməməsi Cənubi Koreyada onun edam edilməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb oldu. O, bir neçə ay sonra yenidən peyda olaraq başqa yüksək vəzifəyə təyin olunub.
Məlimatda qeyd edilir ki, Kim bununla silah istehsal potensialını genişləndirməyi qarşısına məqsəd qoyub, lakin hesabatda bununla bağlı ətraflı məlumat verilməyib. Keçən həftə o, silah zavodlarına baş çəkib və burada daha çox raket mühərrikləri, artilleriya, eləcə də digər silahların istehsalının artırılması ilə bağlı çağırış edib.
ABŞ Şimali Koreyanı Ukraynadakı müharibə üçün Rusiyaya silah, o cümlədən artilleriya mərmiləri, raketlər verməkdə ittiham edib. Rusiya və Şimali Koreya bu iddiaları təkzib edib.
Kim həmçinin hərbçiləri ölkənin ən son silah və texnologiyalarından istifadə edərək, qüvvələrini hazır vəziyyətdə saxlamaq üçün təlimlər keçirmək tapşırığı verib. Sentyabrın 9-da Şimali Koreyada respublikanın yaranmasının 75-ci ildönümünə həsr olunmuş milis paradı keçiriləcək.
ABŞ və Cənubi Koreya avqustun 21-dən 24-dək hərbi təlimlər keçirməyi planlaşdırır, Şimali Koreya bunu öz təhlükəsizliyinə təhdid hesab edir.
Tarix: 10-08-2023, 20:19
Xəbəri paylaş





Xəbər lenti