Moskvada baş verən partlayışda 12 nəfər itkin düşüb


Moskva yaxınlığındakı Serqiyev Posad şəhərində Zaqorsk hərbi optik-mexaniki zavodunun ərazisində baş vermiş partlayış nəticəsində 12 nəfər itkin düşüb. Bu məlumatı cümə axşamı səhər saatlarında Fövqəladə Hallar Nazirliyi yayıb. Xatırladaq ki, partlayış çərşənbə günü səhər baş verib.
Rəsmi məlumatlara görə, bir nəfər ölüb, 50-dən çox insan yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.
Fövqəladə Hallar Nazirliyindən dağıntıların çıxarılması ilə bağlı işlərin davam etdirildiyinə aydınlıq gətirilib. “Baza” məlumat mənbəyini açıqlamadan yazır ki, gecə saatlarında partlayış yerində 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
Bundan əvvəl həmin nəşr partlayış yerində bir neçə cəsədin fraqmentlərinin tapıldığını yazmışdı. Bu məlumat təsdiqini tapmayıb.
Partlayışın nə səbəbdən baş verdiyi dəqiq məlum deyil. Rəsmilər deyir ki, hadisə Piro-Ross şirkətinin icarəyə götürdüyü zavodun ərazisindəki pirotexnika anbarında baş verib. Cümə axşamı İstintaq Komitəsi bu şirkətin texniki direktorunun saxlanması, eləcə də ofisində axtarışlar apardığı və işçilərin dindirilməsi barədə məlumat yayıb. Faktla bağlı sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi ilə cinayət işi başlanıb.
Saxlanılan şəxsin adı açıqlanmır. Görünür, söhbət bir gün əvvəl mediaya partlayışla bağlı şərhlər verən Sergey Çankaevdən gedir.
“AzPolitika.info”
Tarix: 10-08-2023, 22:10
Xəbəri paylaş





Xəbər lenti